Qırmızı.az
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada intellektual oyun keçirilib (FOTO)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib. Turnirdə 22 komanda iştirak edib.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi
Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın
azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual
oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin
sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər
cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik
və dinamik hissəsidir. Azərbaycanda gənclər siyasətinin həyata
keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə
çıxarmaq üçün hər cür şərait yaradılır. O deyib: “Bu gün Azərbaycan
inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil
Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir”.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Büllür
bayquş” mükafatının sahibi Vladimir Antoxin turnirin aparıcısı
olub. Sualları “Nə? Harada? Nə zaman?” oyununun əfsanəvi oyunçusu,
“Büllür bayquş” mükafatının sahibi Rövşən Əsgərov təqdim edib.
Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki
Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının
komandaları iştirak edib. RF Hökuməti yanında Maliyyə
Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad
Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi
olub. Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim
Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün
oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları,
fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan,
istərsə də rus millətindən olan üzvləri iştirak ediblər. Gecənin
aparıcısı V.Antoxin AzərTAc-ın müxbirinə müsahibəsində deyib:
“İştirakçılar mənim çox xoşuma gəldi. Yetərincə erudisiyalı və
məlumatlı gənclərdir. Beş ballı sistemlə götürsək, sualların
çətinliyini dörd balla qiymətləndirmək olar. Hesab edirəm ki,
uşaqlar yaxşı oyun göstərdilər”.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO