Qırmızı.az
Seysmoloqlar çoxmərtəbəli binaların monitorinqini aparacaqlar
Azərbaycanlı seysmoloqlar yapon həmkarları ilə birgə Bakıda hündürmərtəbəli binaların seysmoloji monitorinqini aparmaq niyyətindədirlər.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, hündürmərtəbəli binaların seysmoloji monitorinqi dünyanın bütün ölkələrində aparılır. Q.Yetirmişli bu təcrübənin Azərbaycanda da tətbiqinin tərəfdarı olduğunu söyləyib: “Biz çoxmərtəbəli binaların seysmoloji monitorinqinə “Alov Qüllələri” binasından başlamaq istəyirik. Sonra isə qalan hündürmərtəbəli binaların hamısında bunu tətbiq etmək istəyirik. Bütün dünyada bu cür işlər aparılır. Bu, Azərbaycanda da olmalıdır. Biz gözləməli deyilik ki, zəlzələ baş versin, görək, zəlzələdən sonra bina necə olacaq?”
Q.Yetirmişli qeyd edib ki, bu işin aparılması üçün yaponlar azərbaycanlı həmkarlarına cihazların quraşdırılmasında yardım etməyi nəzərdə tuturlar.
Mərkəz rəhbərinin sözlərinə görə, bu məsələ ilə bağlı hazırda müzakirələr aparılsa da, işlərə başlamaq üçün konkret vaxt hələ müəyyənləşdirilməyib.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır