Qırmızı.az
Azərbaycan şəhərsalma nəzarətini gücləndirir-Fərman
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətindəhazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Şəhərsalma və Arxitektura Komitəsi bu fərmanda nəzərdə tutulmuş Qaydalara uyğun olaraq həyata keçirilən dövlət şəhərsalma nəzarətinin nəticələri barədə hər ilin yekunlarına görə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat verəcək.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyir. Dövlət şəhərsalma nəzarətini respublika səviyyəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli səviyyədə yerli icra hakimiyyəti orqanları bu Qaydalara uyğun olaraq həyata keçirirlər. Bu Qaydaların tələbləri şəhərsalma fəaliyyətini həyata keçirən dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslər üçün məcburidir.
Dövlət şəhərsalma nəzarətinin məqsədi şəhərsalma fəaliyyəti
sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının
qarşısının alınması, yerli icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin şəhərsalma fəaliyyətinin təsdiq edilmiş ərazi
planlaşdırılması sənədlərinin (ümumi planlar, baş planlar, müfəssəl
planlar) tələblərinə uyğun həyata keçirilməsi, şəhərsalma və
tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunması, ərazi
planlaşdırılması sənədlərinin keyfiyyətinin yüksəldilməsi,
şəhərsalmanın nizamlı inkişafı, torpaqlardan səmərəli istifadə,
insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının
qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin
mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin
qorunması ilə bağlı tələblərin yerinə yetirilməsini təmin etməkdən
ibarətdir.
Şəhərsalma fəaliyyəti sahəsində qanunvericiliyin, o cümlədən ərazi
planlaşdırılması sənədlərinin tələblərinə yerli icra hakimiyyəti
orqanları və bələdiyyələr tərəfindən riayət edilməsinə nəzarət
Komitə tərəfindən kameral və səyyar qaydada aparılır.
Kameral qaydada nəzarət yerli icra hakimiyyəti orqanlarının
Tikintilərin Dövlət reyestrinə təqdim etdikləri məlumatları
araşdırma yolu ilə həyata keçirilir. Kameral qaydada nəzarət zamanı
şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinin
pozulması halları aşkarlanarsa, həmin pozuntuların
tammüəyyənləşdirilməsi və araşdırılması üçün yerli icra hakimiyyəti
orqanından əlavə sənədlər tələb edilir, yaxud Komitənin əməkdaşları
yerli icra hakimiyyəti orqanlarına ezam olunurlar.
Səyyar qaydada nəzarət tərtib edilmiş plan üzrə (3 ildə bir dəfədən
az olmayaraq), yaxud daxil olmuş ərizə və şikayətlər, həmçinin
digər məlumatlar əsasında növbədənkənar qaydada yerli icra
hakimiyyəti orqanlarında araşdırma aparmaq və müvafiq ərazilərə
baxış keçirmək yolu ilə həyata keçirilir.
Komitə yerli icra hakimiyyəti orqanlarının şəhərsalma
fəaliyyətinə nəzarəti həyata keçirərkən aşağıdakıları
araşdırır:
- şəhərsalma və tikintiyə dair normativ sənədlərin, o cümlədən
ərazi planlaşdırılması sənədlərinin tələblərinə yerli icra
hakimiyyəti orqanları tərəfindən əməl olunması;
- müvafiq ərazini əhatə edən müfəssəl planın olub-olmaması, belə plan olmadıqda və ya onun müddəti bitdikdə müfəssəl planın hazırlanması üçün müəyyən edilmiş tədbirlərin görülməsi;
- tikinti layihələrinə münasibət bildirilərkən onların ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın tələblərinə uyğunluğunun təmin olunması;
- tikintiyə icazə verilməsi icraatı zamanı və məlumatlandırma
icraatı qaydasında tikinti layihələrinə münasibət bildirilərkən
Məcəllənin 75-78-ci və 80-84-cü maddələrinin tələblərinə riayət
olunmasının təmin edilməsi;
- müvafiq ərazini əhatə edən müfəssəl plan olmadığı və ya onun
müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya
məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin
onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması
sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə
müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə
uyğunluğunun müəyyənləşdirilməsi qaydalarının tələblərinin təmin
olunması;
- aşkar edilmiş özbaşına tikililərin qarşısının alınması məqsədi
ilə tədbirlərin görülməsi vəziyyəti.
Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma
nəzarəti (bundan sonra - yerli səviyyədə dövlət şəhərsalma
nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin
sərhədləri daxilində həyata keçirilir. Yerli səviyyədə dövlət
şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin
tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına
tikililərin qarşısını almaqdan ibarətdir.
Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra
hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına
baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini,
habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti
obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə
riayət edilmədən yaşayış evinin tikildiyini müəyyən etdikdə, habelə
tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə
mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə
mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə
hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə,
sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən
dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə
tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü
müddətində yazılı məlumat verməlidir.
Yerli icra hakimiyyəti orqanları şəhərsalma fəaliyyəti, habelə
yerli səviyyədə dövlət şəhərsalma nəzarəti sahəsində il ərzində
gördükləri işlər və onların nəticələri barədə növbəti il fevralın
1-dək Komitəyə hesabat təqdim etməlidir.
Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə əlaqədar
Komitənin səlahiyyətləri aşağıdakılardır:
- bu Qaydalarda nəzərdə tutulmuş nəzarət funksiyalarını həyata
keçirmək üçün yerli icra hakimiyyəti orqanlarından şəhərsalma
fəaliyyəti ilə bağlı sənədləri (o cümlədən ərazi planlaşdırılması
sənədlərini, tikintiyə icazə və məlumatlandırma icraatı ilə bağlı
sənədləri) tələb etmək, habelə bu məqsədlə dövlət və bələdiyyə
orqanlarına, o cümlədən hüquqi və fiziki şəxslərə sorğular
vermək;
- səyyar araşdırma zamanı tikintiyə icazə icraatı başa çatmamış tikinti layihələrinin ərazi planlaşdırılması sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmadığı, habelə bu Qaydaların 3.5.5-ci yarımbəndində göstərilən tələblərin təmin edilmədiyi aşkar olunduqda, yerli icra hakimiyyəti orqanlarına həmin tikinti layihələri üzrə tikintiyə icazənin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış göstəriş vermək;
- şəhərsalma fəaliyyəti ilə bağlı aşkar olunmuş pozuntular barəsində akt tərtib etmək və onların aradan qaldırılması mümkün olduğu hallarda yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin memarlıq bölmələrinə yerinə yetirilmə müddəti göstərilməklə icrası məcburi olan əsaslandırılmış “göstəriş” (1 nömrəli əlavə) vermək. İnzibati məsuliyyətə səbəb olan pozuntular barəsində protokol (2 nömrəli əlavə) tərtib etmək və müvafiq qərar qəbul etmək;
- yol verilmiş pozuntuların aradan qaldırılması üçün verilmiş göstərişləri vaxtında icra etməyən və ya icrasını lazımınca təmin etməyən dövlət orqanları barədə onların yuxarı orqanlarına və aidiyyəti üzrə digər orqanlara məlumat vermək.
-
Hadisə01:00
Bakıda dəhşətli hadisənin baş verdiyi zavoddan GÖRÜNTÜLƏR
-
Qoroskop00:05
Günün qoroskopu: çılğın arzuların əsirinə çevrilməyin!
-
Hadisə3 İyun 23:26
Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: qonaq getdiyi evdə nə baş verib?
-
Magazin13 İyun 22:35
Özünü öldürən abituriyent bu müğənninin qohumudur - FOTO
-
Dünya3 İyun 22:25
Əsma Əsəd ölüb?
-
İdman3 İyun 21:45
Məşhur futbolçuya gözyaşardıcı qazla hücum: 260 min avroluq saatını oğurladılar
-
Magazin13 İyun 21:35
Faiq Ağayev etiraf etdi: kimlərin ifasını “YouTube”dan sildirib? - VİDEO
-
Hadisə3 İyun 20:15
“Zığ" zavodunda dəhşətli hadisə: 5 işçi öldü, 2-si isə... - YENİLƏNDİ