Qırmızı.az
Metroda əlillər üçün yeniliklər tətbiq olunucaq
Bakı metrosunda fiziki qüsurlu insanların rahat hərəkəti üçün yeniliklər tətbiq ediləcək.
Bunu Publika.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, yeni açılcaq “bənövşəyi” xətdə fiziki qüsurlu insanların rahat hərəkəti tam nəzərə alınacaq. Artıq həmin xətt tikilmə ərəfəsindədir. Həmin stansiyalarda liftlər quraşdırılacaq.
N.Paşayev mövcud stansiyalarda da yeniliklərin edilməsinin gündəmdə olduğunu dedi:
“Mövcud stansiyalarda isə fiziki qüsurlu insanların rahat hərəkəti üçün hansı addımlar ata biləcəyimiz barədə müzakirələr aparılır. Həmin stansiyalarda liftlərin quraşdırılması bir çox hallarda mümkün olmur. Başqa imkanların yaradılması barədə fikirlər var. Fiziki qüsurlu insanlar bir neçə qrupa bölünür. Planlaşdırılan işlərdə də onların hamısının nəzərə alınması gündəmdədir”.
Qeyd edək ki, gözdən əlil, zəif görənlərin əsas istəyi ilk və sonuncu pilləkənlərin rənglənməsi, qabarıq olmasıdır.
N.Paşayev konkret pilləkənlərin rənglənməsi barədə fikir deməyin tez olduğunu, lakin bu istiqamətdə işlər aparıldığını dedi.
“Yeniliklər həyata keçirilərkən təkliflərə də açıq olacağıq.Hər bir təklif dəyərləndiriləcək. Dünya praktikası və yerli qanunlar hansına imkan verirsə, onlar da tətbiq ediləcək. Tədbirlər kompleks şəkildə, bütün növ əlil insanlar üçün nəzərdə tutulur. Onların hər biri metronun xidmətlərindən rahat istifadə edə biləcəklər”.
Gülxar
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO