Qırmızı.az
Bu aparıcıların nitqi qüsurlu çıxdı – MTRŞ-dan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatın nəticələrini açıqlayıb.
Publika.az-ın məlumatına görə, aparılan monitorinq nəticəsində “İTV”, “Xəzər”, “Lider”, “Space”, “ANS” və “ATV” televiziya kanallarının efirlərində dil normalarının pozulması faktı aşkarlanıb.
Monitorinqin nəticələrinə görə, ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata cəlb olunub.
Bunlardan 91-i “Xəzər”, 56-sı “İTV”, 89-u “Space”, 97-si “ANS”, 90-ı “Lider”, 85-i isə ATV-də müşahidə olunub.
Azərbaycan ədəbi dil normalarını ən çox pozan televiziya kanallarının aparıcıları isə aşağıdakı şəxslərdir:
İlqar Mikayıloğlu, Mətanət Əliverdiyeva, Turan (Samir) İbrahimov, Elvin Basqallı, Saleh Bağırov, Mikayıl Güləddinoğlu, Elgiz Əkbər, Zəminə Əliyeva, Natavan Babayeva, Samirə Mustafayeva, Vüsalə Nürəddinqızı, Türkay Verdiyeva, Gülnar Muxtarqızı, Qənirə Ataşova.
Vasif Həsənli
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular