Dəm qazı 3 azyaşlının canını aldı
Bizi izləyin

Qırmızı.az

Dəm qazı 3 azyaşlının canını aldı

Dəm qazından zəhərlənmə nəticəsində bir ailənin beş üzvü həlak olub

Türkiyədə dəm qazından zəhərlənmə nəticəsində bir ailənin beş üzvü həlak olub. Publika.az-ın məlumatına görə, hadisə Bursa şəhərinin Mərkəz Osmanqazi adlanan bölgəsində baş verib.

Belə ki, eyni otaqda yatan ata, ana və 3 azyaşlı uşaq dəm qazının sızması nəticəsində zəhərlənmədən dünylarını dəyişiblər.

Bədbəxt hadisə zamanı həyatları itirən ata Çetin Metenin 47, ana Fadimə Mədəncinin 46, uşaqlar Gülben Şəkərin 14, İpəksu Şəkərin 7, Metexan Metenin isə 4 yaşında olduğu bildirilir.

Ölənlərin cəsədləri Məhkəmə Tibbi Ekspertizasının morquna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm