Zibillikdən yeni doğulmuş uşaq tapıldı
Bizi izləyin

Qırmızı.az

Zibillikdən yeni doğulmuş uşaq tapıldı

Məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 25-də Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən Moskva prospekti ev 86-nın qarşısındakı məişət tullantıları üçün ayrılmış ərazidə yeni doğulmuş qız uşağı tapılıb. Uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm