Qurban Yetirmişli: “Yenidən təkanlar baş verə bilər”
Bizi izləyin

Qırmızı.az

Qurban Yetirmişli: “Yenidən təkanlar baş verə bilər”

"Zəlzələ 8-10 km dərinlikdə olsaydı, dağıntılar çox ola bilərdi"

"Bügünkü zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər. Ancaq bunun problemi yoxdur. Yəni 55 km dərinliyində olan zəlzələnin avtoşokları olmalıdır".

Bunu Publika.Az-a açıqlamasında AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q.Yetirmişlinin sözlərinə görə, zəlzələ dərinlikdə baş verdiyinə görə, təkanlar bütün respublikanı əhatə edib. Hətta episentrində belə dağıntılar qeydə alınmayıb.

“Bu cür zəlzələlərin 20 km-ə kimi təsiri olur. Bu Zaqatala zəlzələsi ilə eyni gücdə olsa da, bu dəfəki zəlzələ dərinlikdə olduğuna görə, dağıntı baş verməyib. Əgər bu zəlzələ 8-10 km dərinlikdə olsaydı, dağıntılar çox ola bilərdi".


Q.Yetirmişlinin sözlərinə görə, bundan sonra da təkanlar qeydə alına bilər:

“Bu güclü təkandan sonra yenidən müxtəlif təkanlar baş verə bilər. Lakin onlar bu dəfəki kimi güclü olmayacaq. Təkanlar çox zəif olacaq, hətta hiss edilməyə də bilər”.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70 dərinliyi isə 55 km olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm