Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir
Bizi izləyin

Qırmızı.az

Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir

Bakıda “Aysberq” hotelində “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda Gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir. Beynəlxalq konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşib.



Publika.az -ın məlumatına görə, tədbiri giriş sözü ilə Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açaraq son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Onun sözlərinə görə, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib. E. Babayev qeyd edib ki, Fondun növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda Azərbaycandan olan alimlərin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.



Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanla yanaşı, İtaliya, Türkiyə və Qırğızıstandan gənc alimlər iştirak edirlər.



Beynəlxalq konfransın açılışında “İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”, “İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və hücum vasitəsi kimi” mövzularında plenar məruzələr dinlənilib.



Konfrans seksiyalarla iki gün davam edəcək. Tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm