Türkdilli ölkələrin ortaq dərslikləri hazırlanacaq
Bizi izləyin

Qırmızı.az

Türkdilli ölkələrin ortaq dərslikləri hazırlanacaq

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünə hazırlıq məqsədilə görüş keçirilir.

Publika.az-ın məlumatına görə, görüşdə türkdilli ölkələrin mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi müzakirə edilib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, Türk Akademiyasının Elmi Şurasının yaradılması barədə də fikir mübadiləsi aparılıb.


Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Təhsil nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər.


Qeyd edək ki, noyabrın 28-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçiriləcək.


Azərbaycanın ev sahibliyi ilə keçiriləcək görüşdə Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türk Şurasının Baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm