Zeynalov barəsində məhkəmə hökmü dəyişmədi
Bizi izləyin

Qırmızı.az

Zeynalov barəsində məhkəmə hökmü dəyişmədi

Moskva sakini Yeqor Şerbakovu Biryulevo rayonunda qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində məhkəmə hokmü saxlanılıb.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Ali Məhkəməsinin apellyasiya kollegiyası Orxan Zeynalovun 17 il azadlıqdan məhrum edilməsi barədə qərarı təsdiqləyib.

O, son sözündə bildirib ki, Ali Məhkəmənin apellyasiya kollegiyasının bugünkü qərarından şikayət etməyə hazırlaşmır. Amma Zeynalov məhkəmədən daha əvvəl təyin edilmiş hökmü yumşaltmağı xahiş edib. Orxan Zeynalovun həmçinin ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Moskva şəhər məhkəməsi 28 iyulda Orxan Zeynalovu ciddi rejimli həbsxana rejimi olmaqla 17 il azadlıqdan məhrum edib. Məhkmə həmçinin zərərçəkənin atasının iddiası üzrə 3 milyon rubl (təxminən 100 min dollar) məbləğində maddi ziyanın ödənilməsi barədə qərar verib.

Zeynalov iyul ayında keçirilən məhkəmə prosesində bildirmişdi ki, o, cinayət zamanı heç hadisə yerində belə olmayıb. “Mən həqiqətən də cinayət törətsəydim, Rusiyadan getmiş olardım”, – deyə Zeynalov bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm