KİVDF Müşahidə Şurasının iclası keçirilib
Bizi izləyin

Qırmızı.az

KİVDF Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

10 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

Gündəlikdə dayanan məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli, 2014-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif etdi. Təklif olunan mövzular Müşahidə Şurasının üzvləri, qəzet redaksiyaları və jurnalist təşkilatları tərəfindən müəyyənləşdirilib. Mövzularla bağlı təkliflər Müşahidə Şurasının üzvlərinə təqdim edildi.

Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə şurasının üzvləri qaliblər üçün 1000 AZN, həvəsləndirici yerlər üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul etdilər. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm