Abid Şərifov: Bakıda "Sovetski"dən qanunsuz olaraq heç kim çıxarılmayacaq
Bizi izləyin

Qırmızı.az

Abid Şərifov: Bakıda "Sovetski"dən qanunsuz olaraq heç kim çıxarılmayacaq

Bakıda “Sovetski” adlanan ərazidə (Nərimanov prospekti və ona bitişik küçələr) kiçik yaşayış sahəsi olan evlərin sahiblərinə kompensasiyaların verilməsi məsələsi yaxın bir, bir ay yarım ərzində həll ediləcək.

Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Baş nazirin birinci müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, indiyədək “Sovetski”də 2400 obyektin inventarlaşdırılması aparılıb, 1800 ailəyə kompensasiya verilib, 600 obyekt isə sökülüb: "Hələlik kiçik sahəyə malik evlərlə bağlı qərar qəbul edilməyib və heç kimin onları köçməyə məcbur etmək və onlar barəsində qanunsuz tələblər irəli sürmək haqqı yoxdur. Hesab edirəm ki, bu məsələ qısa müddət ərzində, çox güman ki, gələn ilin əvvəlində həll ediləcək".

Adıçəkilən ərazidə söküntü işləri paytaxtın yaşıllaşdırılması məqsədilə aparılır, orada meşə-park zonası salınacaq və mövcud nəqliyyat sıxlığının azaldılması məqsədilə bir neçə avtomobil yolu tikiləcək. Sakinlərə yaşayış sahəsinin bir kvadrat metri üçün 1500 manat həcmində kompensasiya verilir. Yardımçı tikililər üçün kompensasiyaların məbləği təxminən 750-800 manatdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm