Azərbaycandakı ibrahimilər və biznesi haqda - Şok iddialar
Bizi izləyin

Qırmızı.az

Azərbaycandakı ibrahimilər və biznesi haqda - Şok iddialar

Azərbaycanda ibrahimilər təriqətinin üzvlərinin biznes şəbəkəsi genişlənir.

Bu sensasiyalı məlumatı Axar.az-a verən qaynağın iddialarına görə, onların ölkədə kök atmış iqtisadi rıçaqları var. İbrahimilər xüsusilə ticarətdə bir-birinə dəstək verməkdə fərqlənirlər.

Mənbənin qeydlərinə görə, ilk baxışda adi şəxslərdən fərqlənməyən bu təriqət üzvləri əsasən tez-tez “Allahın salamı” olsun xitabəti ilə diqqət çəkirlər. Xarici görkəminə görə çox zaman təriqətin kişi üzvləri saçlarını kəsdirir, daz olmağa üstünlük verirlər.

Qaynağımız qeyd edir ki, son illər Azərbaycanda ibrahimilər ciddi şəkildə biznes əlaqələri qurublar və onlardan kimsə kasıb həyatı yaşamır. Hətta qısa bir vaxtda varlanmaq imkanları var. Sadəcə, təriqətdə radikalizm, siyasi ambisiyalar olmadığına görə, onlar təhlükəli sekta kimi qəbul olunmayıblar. Mənbə bildirir ki, əslində, ibrahimilərin iqtisadi potensialının güclənməsi ilk növbədə təhlükəli perspektivdən xəbər verir.

***

Qeyd edək ki, İbrahimilər təriqətinin təməli XIX əsrin əvvəllərində Hindistanda yaşamış Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Onlar özlərini İbrahim peyğəmbərin davamçıları adlandırıb, Məhəmməd Peyğəmbərin hədislərini qəbul etməyib, Qurani-Kərimə İslamda qəbul olunduğundan fərqli təfsir veriblər.

Sonralar bu təriqət Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Ehtimallara görə, təriqətin yaranmasında İngiltərə xüsusi xidmət orqanlarının müstəsna xidmətləri olub.

Bu təriqətin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. Mətbuatda gedən xəbərlərdə bildirilir ki, Musayev hələ Sovetlər dönəmində şiə kimi fəaliyyətə başlayıb, sonralar vəhhabiliyə meyllənib. 1995-ci ildə isə fəaliyyətində kəskin dəyişiklik edərək ibrahimilər adlı qeyri-islam təriqətini yaradıb.

İbrahimilər (sonralar Ələsgər Musayevin adına uyğun olaraq “ələsgərilər” adlandırıblar) ibadətlərini Azərbaycan dilində icra edir, dinlərini İbrahim Peyğəmbərin dini adlandırır, milliyyətcə azərbaycanlı deyil, İbrahim millətindən olduqlarını söyləyirlər.

***

Onunla bağlı bioqrafik xəbərlərdə yer alan başqa məqamlar da var. Ələsgər Musayev 1996-cı ildə Əmircan qəsəbəsində “Şeyx Nizaməddin” məscidi dini icmasını yaradıb və qeydiyyatdan keçirib. İki il sonra “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozduğuna görə icmanın dövlət qeydiyyatı ləğv edilib.

Belə ki, ibrahimilər çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurulmasını təqdir edirlər. Onlar ilin istənilən günündə cəm halında yığışaraq “qədr gecələri” keçirirlər. Bu zaman icma üzvü olan qadınlar və azyaşlı qızlar kollektiv şəkildə özlərini icma rəhbəri və ya digər icma üzvlərinə “hədiyyə” edərək, intim əlaqəyə girmə ritualı həyata keçirirlər.

Musayev dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmasına və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə bir müddət həbsdə olub. Belə ki, o yaşadığı qadının qızı da daxil olmaqla, 3 azyaşlı qızla qeyri-rəsmi evlənəndən sonra tutulub. İstintaq zamanı o, hərəkətini dini baxışları ilə izah etməyə çalışıb. Lakin azadlığa çıxan kimi fəaliyyətini yenidən bərpa edib.

Ələsgər Musayevin qardaşı oğlu sələfi kimi tanınan Əlixan Musayevdir. O, Hacı Qamət Süleymanovla arasında olan konfliktdən sonra “Əbubəkr” məscidindən uzaqlaşdırılıb.

Mənbə qeyd edir ki, ibrahimilərin Bakı, Quba-Xaçmaz, Salyan və başqa yerlərdə təbliğat aparırlar. Onların başqa maraqlı özəlliyi də var: ölüyə yas keçirilmir, ağlaşma qadağandır, qəbrin üzərinə ad yazılmır və s.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm