Qırmızı.az
Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI
Gəncədə itkin düşmüş 42 yaşlı qadının qətlə yetirildiyi müəyyən olunub, qatil tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 24 oktyabr 2014-cü il tarixdə itkin düşmüş Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü, Gəncə şəhər Təcili tibbi yardım stansiyasında tibb bacısı işləmiş Mayılova Svetlana Kamal qızının qəsdən öldürülməsi müəyyən olunub.
Belə ki, noyabrın 28-də şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Rauf Ruman oğlu Gəncə şəhər Baş Polis İdarəsinə gələrək S.Mayılovanı öldürüb meyitini Goranboy rayonu, Qaradağlı kəndində valideynlərinə məxsus evin tövləsində basdırdığını bildirib.
Həmin məlumat əsasında şəhər Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları dərhal qeyd edilən ünvana gəlib və S.Mayılovanın meyiti R.Əliyevin göstərdiyi yerdə aşkar olunaraq çıxarılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayətin törədilməsində şübhəli bilinən R.Əliyev tutulub.
Sonuncunun sözlərinə görə, o, S.Mayılovanı oktyabrın 24-də aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qəsdən öldürüb və hadisədən 4 gün sonra cinayəti gizlətmək məqsədi ilə S. Mayılovanın meyitini atasına məxsus “QAZ-24” markalı avtomobillə Goranboy rayonunun Qaradağlı kəndinə gətirərək tövlədə basdırıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK