İKT sahəsində çalışan qadınların peşəkar klubu yaradılır
Bizi izləyin

Qırmızı.az

İKT sahəsində çalışan qadınların peşəkar klubu yaradılır

Azərbaycanda İKT sahəsində çalışan qadınları əhatə edəcək ilk peşəkar qurum – Azərbaycan Qadınlarının İKT Klubu (AQİK / "FEMMES DIGITALES") yaradılır.

Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, klubun yaradılmasında məqsəd dövlət və özəl sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti üzrə fəal olan qadınları və qızları bir araya gətirməkdir.


Klubun təsisçiləri və üzvləri öz şəxsi nümunələrindən çıxış etməklə, praktiki təlimlər vasitəsilə azərbaycanlı qadınların sürətlə inkişaf edən bu maraqlı sahə üzrə təhsil almaq və karyera qurmaq üçün informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan faydalanmaq istəyini təşviq etməyi planlaşdırırlar.


Azərbaycan hər zaman qadınlara geniş imkanların verilməsində aparıcı rola sahib olmuşdur və bu gün də ölkənin dinamik və rəqabətli İKT sektorunun inkişafında xidmət göstərən peşəkar qadınların aparıcı rolunu tanıyır və dəstəkləyir. Bütün dünyada İKT sahəsində bir sıra bacarıqlara artan tələbat qadın və qızların bu sahədəki yerini lazımi səviyyədə müəyyənləşdirmək üçün geniş imkanlar yaradır və uğur qazanmaqdan ötrü onların ixtiyarına lazımi vasitələr təqdim edir.


Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ITECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, "B.est Solutions", "Microsoft", "HP", "Azercell", "Bakcell", "Azerfon", "BBTV", AGAT, ASAN, "Mont", "Art Scarves by Menzer Hajiyeva" kimi şirkət və təşkilatlarda çalışan qadınlar təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm