Qənirə Paşayeva Türk Dünyasından gəlmiş gənc yazar və şairlərlə görüşüb
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Türk Dünyasından gəlmiş gənc yazar və şairlərlə görüşüb

Türk Dünyasından gəlmiş gənc yazarlar və şairlər millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüblər.

Alla Böyük (Cernioğlu) – Qaqauz Yeri (Moldova), Altınbek İsmail – Qırğız Respublikası, Aybəniz Kuzəçi – Kərkük - İraq, Rifat Saleh – Tatarıstan, Dmitriy Moiseev – Çuvaşıstan, Şoxista Ortikova – Özbəkistan, (Mahfuza Ortikova – Özbəkistan), Nilufər Abdullayeva – Moskva (RF), Radik Amirov – Moskva (RF), Kamil Bensgier - Yekaterinburq (RF), Hadicə Üzgül – Türkiyə, Musab Kırca – Türkiyə, Malik Otarbay(ev) – Qazaxıstan, Erkinbek Serinbay (Turgun) – Qazaxıstan, Betül Arslan – Şimali Kipr Türk Cümhuriyyətindən olan gənc yazar və şailəri Bakıda görməkdən məmnun olduğunu deyən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türk Dünyası Gənc Yazarların Bakıda toplantısının keçirilməsinin əhəmiyyətini vurğulayıb. Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı, Gənclər və İdman nazirliyini dəstəyi ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar arasında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan gənc yazar və şairlərlə görüşdə millət vəkili bildirib ki, harada doğulub, harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı, şairi, yazarı, aydını Türk dünyasının güclənməsi, birliyinin, həmrəylinin möhkəmlənməsi üçün yorulmadan çalışmalıdır: “Bizim birimizin gücü və güclənməyimiz hamımızın gücü və güclənməsi deməkdir.

”Azərbaycanın Türk dünyasının güclənməsi, birliyi və bərabərliyi istiqamətində gördüyü işlərdən danışan millət vəkili Qənirə Paşayeva bildirib: “Mən əminəm ki, Türk dünyası, onun birliyi və bərabərliyi getdikcə daha da güclənəcək və biz hamımız bunun üçün əlimizdən gələni etməliyik. Birimizin ağrısı, acısı, hamımızın ağrısı, acısı, birimizin sevinci və xoşbəxtliyi, hamımızın sevinci və xoşbəxtliyi olmalıdır”. Millət vəkili Türk Dünyasından gəlmiş gənc şair və yazarlara Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və toplumlarımızın, böyüyən gənc nəsillərimizin və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türk dünyasının şair, yazar və jurnalistləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb.Türk Dünyası Gənc Yazarların Bakı toplantısında iştirak etmək üçün Azərbaycana səfər etdiklərini və burada olduqlarından məmnun olduqlarını deyən Türk Dünyasından gəlmiş gənc şair və yazarlar Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər və geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Türk Dünyasından gəlmiş gənc yazarlara Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və özünün müəllifi olduğu kitabları və həmmüəllifi olduğu Xocalı Soyqırımı şahidlərin dilindən kitabını hədiyyə edib. Türk Dünyasından gəlmiş gənc şair yazarlar da öz növbəsində öz ölkələri ilə bağlı xatirə hədiyyələrini təqdim ediblər.

Görüş zamanı Atatürk mərkəzinin şöbə müdiri, şair-publisist Əkbər Qoşalı gələcəkdə də bu istiqamətdə layihələrin davam edəcəyini bildirib və onun vacibliyi haqqında fikirlərini bölüşüb və sonda millət vəkili, Avrasiya Beynəlxalaq Araşdırmalar İnstutunun rəhbəri Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının rəhbəri Əkbər Qoşalı və ATİB təşkilatının rəsmiləri Türk Dünyasından gəlmiş gənc şair və yazarlara fəxri fərmanlar təqdim ediblər. Tədbirdə Macarıstanda fəaliyyət göstərən Macar Turan Vəqfinin rəhbəri Andras Biro da iştirak edib və bu cür tədbir, görüş və layihələrin önəmindən danışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm