Qənirə Paşayeva əlaçı şagirdlərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva əlaçı şagirdlərlə görüşdü

Millət vəkili Tovuzda orta məktəbi yüksək qiymətlərlə oxuyan gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda orta məktəbi yüksək qiymətlərlə oxuyan gənclərlə görüşdü.

Publika.Az-ın verdiyi xəbərə görə, Tovuz rayonunun Bozalqanlı kənd orta məktəbində keçirilən görüş zamanı millət vəkili Qənirə Paşayeva orta məktəbi yaxşı oxuyan şagirdlərlə geniş söhbət edib, onların təhsili, üzləşdikləri problemlərlə maraqlanıb və geniş fikir mübadiləsi aparıb.

Gəncləri bir-bir dinləyən millət vəkili Q.Paşayeva onlara müəyyən tövsiyyələrini də verib. Dərslərlə bərabər xarici dillərin yüksək səviyyədə öyrənilməsinin vacibliyini xüsusi vurğulayan millət vəkili ən yüksək nəticələrlə oxuyan gənclərin gələcəkdə xarici ölkələrdə təhsil ala bilmə imkanları ətrafında da fikir mübadiləsi aparıb. Millət vəkili hərbi məktəblərə hazırlaşan gənclərlə geniş fikir mübadiləsi aparıb və bildirib ki, son illər Tovuz rayonunun hərbi məktəblərə üz tutan gənclərin sayı və keyfiyyətinə görə ön sırada olması sevindirici bir hadisədir və hərbi məktəblərə üz tutan gənclərin sayı ilə bərabər ən yaxşı nəticələrlə oxuyan gənclər arasında bu istiqamətə üz tutanların sayının artması önəmlidir.

Millət vəkili gənclər arasında siqaret, narkotik kimi zərərli vərdişlərə meyilliyin artmasının narahatverici olduğunu xüsusi vurğulayaraq müəllimləri və məktəb kollektivlərini bu məsələlərə xüsusi diqqət göstərmələrini, maarifləndirmə işlərinin daha da artırılmasının vacibliyini vurğulayıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva bütün müəllim və gənclərə özünün müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onlara uğurlar arzulayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm