“Aydın Yol”da istefalar - Qəzetin son sayı çap olunmadı
Bizi izləyin

Qırmızı.az

“Aydın Yol”da istefalar - Qəzetin son sayı çap olunmadı

Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlu istefa verib.

F.Uğurlunun istefasına səbəb kimi Tərcümə Mərkəzinin rəhbərliyinin qəzetin işinə müdaxiləsi göstərilir. Məlumatda deyilir ki, Tərcümə Mərkəzinin rəhbərliyi baş redaktorun kadr seçimindən narazı olub və onun qəzetə dəvət etdiyi iki jurnalistlə müqaviləni uzatmaq istəməyib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Fəxri Uğurlunun işə dəvət etdiyi Zöhrab Əmirxanlı və Tahir Kazımovun fəaliyyəti Tərcümə Mərkəzinin rəhbərliyini qane etməyib.

Bu əməkdaşların işdən uzaqlaşdırılmasını qəbul etməyən Fəxri Uğurlu istefa ərizəsini yazaraq işdən çıxıb.

Hazırda qəzetə kimin rəhbər təyin olunduğu bilinmir.

Qəzetdə yaranmış problem səbəbindən mətbu orqan şənbə günü çapdan çıxmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm