Qırmızı.az
Görmə qüsurlu insanlarla bağlı qanunvericiliyə dəyişikliklər hazırlanıb
Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bu gün Bakıda öz işinə başlayan “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.
Konfrans haqqında danışan K.İmanov qeyd edib ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Müəllif Hüquqları
Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi
tədbirin əsas məqsədi “Mərakeş müqaviləsi”nin təsdiqlənməsi və
müxtəlif dövlətlərin bu müqaviləyə cəlb edilməsi ilə bağlıdır:
“Bildiyiniz kimi, müəlliflik hüququnun mahiyyəti ondan ibarətdir
ki, hər hansı bir əsərin istifadəsi müəllifin icazəsindən asılıdır
və buna müstəsna müəlliflik hüququ deyilir. Amma müəlliflik
hüququnun tarixi ondan ibarətdir ki, hər zaman istifadəçilərin
maraqları ilə müəlliflərin stimullaşdırılması arasında
tarazlaşdırma aparılıb və bu tarazlaşma müəyyən istisnaları özündə
əks etdirir. Bu baxımdan biz bu gün ilk dəfə olaraq müəlliflərin
hüququna müəllif mövqeyindən deyil, istifadəçilərin, ictimaiyyətin,
xüsusən də kor və görmə qüsurlu insanların möqeyindən baxırıq.
“Mərakeş müqaviləsi” bu kateqoriyalardan olan insanlar üçün müəyyən
istisnalar verir”.
K.İmanov vurğulayıb ki, Azərbaycanın müəllif hüququ qanunvericiliyi
kor və görmə qabiliyyəti zəif olan insanlara imkan verir ki, onlar
müəlliflik hüququnu pozmadan əsərlərdən öz xeyirlərinə sərəst
istifadə etsinlər: “Ancaq “Mərakeş müqavilə”si bir addım da irəli
gedib. Bununla bağlı biz Azərbaycan qanunvericiliyinə dəyişikliklər
hazırlamışıq və bu müqavilənin ratifikasiyası ilə bağlı hökumətə
təkliflər göndərmişik”.
Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif
hüququ bölməsinin əməkdaşı xanım Geidy Lung bildirib ki, təmsil
etdiyi təşkilatının regianda Azərbaycanla əməkdaşlığı böyük
əhəmiyyət daşıyır.
Azərbaycanın qədim tarixə malik olduğunu qeyd edən G.Lunq bildirib
ki, Azərbaycan müxtəlif mədəniyyətə malik, tolerantılığı ciddi
şəkildə qoruyub saxlayan ölkədir: “İnanıram ki, bu konfrans gələcək
işlər üçün bizə böyük kömək edəcək. Bizim ümumi platformamız
mövcuddur ki, müxtəlif hüquqlar sahəsində qarışılıqlı əməkdaşlıq
edək. Bu konfransın təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürümü
bildirirəm”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov
isə çıxışında bildirib ki, nazirlik son illər görmə məhdudiyyəti
olan insanların hüquqlarının qorunması istiqamətində bir sıra işlər
həyata keçirib. Bu tədbirlərin bu gün də davam etdirildiyini deyən
nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif kateqoriyadan
olan əlillərin sosial müdafiəsini həyata keçirmək üçün hüquqi
addımlar atılıb: “Bildirmək istəyirəm ki, Azərbaycanda gözdən
əlillər üçün bir sıra işlər həyata keçirilib. Məsələn, I qrup
əlillərə pensiya digər qruplarla müqayisədə daha artıqdır. 2008-ci
ildən gözdən əlillər üçün mənzillər tikilib və onların evlə təmin
olunması bu gün də davam edir”.
Konfransda mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev,
millət vəkilləri Siyavuş Novruzov, Elmira Axundova və başqaları
mövzu haqqında fikirlərini bildirərək qeyd ediblər ki, Azərbaycanda
əlilliyi olan insanlar daim dövlətin diqqət mərkəzindədir.
Daha sonra konfrans müzakirələrlə davam etdirilib. Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı