Şəhid ailələrinə 11 min pul verilir
Bizi izləyin

Qırmızı.az

Şəhid ailələrinə 11 min pul verilir

Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödənilir

Azərbaycanda xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan hərbiçilərin ailələrinə 11 min manat məbləğində kompensasiya ödənilir.

Bu barədə Müdafiə Nazirliyindən AzVision.az-ın sorğusuna cavabda bildirilib.

Nazirliyin rəsmi məlumatına görə, bu məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunun 4-cü maddəsinə əsasən hər bir hərbi qulluqçu 11 000 manat məbləğində sığorta edilir.

Müdafiə Nazirliyindən həmçinin qeyd edilib ki, şəhid olan əsgər və zabitlər arasında kompensasiyanın məbləği onların daşıdığı rütbəyə görə dəyişmir.

Yəni, dünyasını dəyişən əsgərlə zabit ailəsi dövlət tərəfində eyni məbləğdə kompensasiya alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm