Nazir Saatlıya gedir
Bizi izləyin

Qırmızı.az

Nazir Saatlıya gedir

Təhsil naziri Mikayıl Cabbarov dekabrın 8-də Saatlı şəhərindəki Gənclər Mərkəzində sakinləri qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinləri iştirak edəcək.


Qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm