Sulu qar, qar yağacaq
Bizi izləyin

Qırmızı.az

Sulu qar, qar yağacaq

Sabah Azərbaycan ərazisində hava soyuq olacaq, sulu qar və qar yağacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin soyuq, yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru kəsiləcəyi, şimal küləyinin güclənəcəyi gözlənilir.


Bakı və Abşeron yarımadasında dekabrın 3-də havanın temperaturu gündüz və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.


Azərbaycanın bölgələrində hava fasilələrlə yağıntılı olacaq, sulu qar yağacaq, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə dağlarda 5-10 bəzi yerlədə 15, gündüz 0-5 dərəcə şaxta olacaq.


Azərbaycanda qeyri-sabit, soyuq, şaxtalı hava şəraiti dekabrın 4-ə kimi davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm