Şuşaya açılan qapı - Malıbəyli - 22 illik işğal
Bizi izləyin

Qırmızı.az

Şuşaya açılan qapı - Malıbəyli - 22 illik işğal

Şuşaya açılan qapı - Malıbəyli - 22 illik işğal

Şuşanın Malıbəyli və Quşçular kəndlərinin işğalından 22 il ötür. Yuxarı Quşçular – Azərbaycan Respublikasının Şuşa rayonunun inzibati ərazi vahidində kənddir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar.

1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar. Bu proses zamanı onlar eyni vaxtda, 1992-ci ilin fevralın 12-də Şuşa rayonunun Malıbəyli və Quşçular kəndinə hücum etdilər.

Kəndlərin hər ikisi bir günün içində işğal edildi, işğal nəticəsində təxminən 50 nəfər dinc sakin Ermənistan ordusu və muzdlu əsgərləri tərəfindən vəhşicəsinə öldürüldü. Yerdə qalan əhali qaçmaqla canını qurtara bildi, kəndlərin hər ikisi isə tamamilə yandırıldı.

Bəs Quşçular və Malıbəyli kəndlərinin işğalı müharibənin gedişinə nə kimi təsir göstərdi? Bu suala hərbi ekspert Üzeyir Cəfərov fikrini bildirdi. " Maltəpə və Quşçular kəndinin işğalı müharibənin gedişinə böyük təsir etdi. Bu iki kəndin işğalı ilə əhali arasında psixoloji sarsıntı, ruh düşkünlüyü yaratdığı üçün 1 addım geriyə düşdük. Bundan sonra Şuşa, Xocalı ardınca digər rayonlar işğal olundu.

Ermənilər 366-cı alayın köməyindən istifadə etmişdir. Bu kəndlərin işğalı fevralın 9-u başladı 11-i sona çatdı". Tarixçi Elçin Həmidov da bu suala belə cavab verdi : "Maltapa və Quşçuların işğalı müharibədə ermənilər üçün əlverişli şərait yaratdı.

Bu kəndlərin strateji önəmi var idi. Təsiri o oldu ki, Şuşaya bir addım yaxınlaşdılar və mühasirəyə almağ asanlaşdı. 366-cı alayın bölük komandiri Seyran Ahanyan xüsusi vəhşilikləri ilə yadda qalmışdı".

Niyam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm