Qadın ərinə mürəbbənin içində narkotik gətirdi - FOTO
Bizi izləyin

Qırmızı.az

Qadın ərinə mürəbbənin içində narkotik gətirdi - FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə Müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.


Qurumun mətbuat xidmətindən verilən məlumata görə, orada cəza çəkən 1983-cü il təvəllüdlü məhkum Anar Teymur oğlu Hüseynovun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, 1988-ci il təvəllüdlü Məftunə Əsildar qızı Hüseynovanın gətirdiyi sovqata baxış keçirilib. Bu vaxt 2 litrlik plastik su qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, Anar Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm