Sabah hava necə olacaq?
Bizi izləyin

Qırmızı.az

Sabah hava necə olacaq?

Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir

Fevralın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bu barədə Publika.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturunun gecə 2-5, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan gündüz 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm