Taksidə soyğun
Bizi izləyin

Qırmızı.az

Taksidə soyğun

Taksidə soyğun

Taksidə soyğun Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsindən Publika.az-a verilən xəbərə görə, fevralın 9-da saat 23:50 radələrində Bakı şəhər sakini Elzami Əliyevi 9-da Atatürk prospektində taksi şoferi tərəfindən soyulub.

Zərərçəkən sərxoş halda olan naməlum sürücünün taksisinə sərnişin qismində əyləşib. Bundan əlavə avtomobilin arxa oturacağında oturan və özünü sürücünün qohumu kimi təqdim edən naməlum şəxs arxadan onun qollarını tutaraq 330 manatını alıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin iki nəfər tutulub. Soyğunçuluqda şübhəli bilinən Göyçay rayon sakinləri Ceyhun İsayev və Eldəniz Məmmədov tutulublar.

Niyam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm