Kəmaləddin Heydərov ATƏT-in nümayəndəsi ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov ATƏT-in nümayəndəsi ilə görüşüb

Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayaraq fəaliyyətində uğurlar arzulayan K.Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, nazirliyin ATƏT-lə əməkdaşlığı çərçivəsində fövqəladə halların idarə edilməsi, həmçinin ətraf mühit və təhlükəsizlik üzrə layihələrin perspektivlərindən bəhs edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Al.Şahtaxtinski qeyd edib ki, Azərbaycanda fəaliyyəti dövründə ATƏT-in təşəbbüsü ilə həyata keçirilən layihələr üzrə nazirliklə uğurlu əməkdaşlığın davam etdirilməsi üçün səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm