İstanbula getdi, 48 saatda öldürüldü
Bizi izləyin

Qırmızı.az

İstanbula getdi, 48 saatda öldürüldü

İstanbula getdi, 48 saatda öldürüldü

İstanbulda Mayalı adlı bir qadın boğazından və qarnından bıçaqlanaraq qətlə yetirilib.

2 gün əvvəl Antaliyadan İstanbula gələn və bacısının evində qalan Çiçək Mayalı (40) dünən axşam saatlarında sevgilisi Şahin G. ilə görüşüb. Bir müddət avtomobildə mübahisə edən cütlük arasında problem böyüdüyü üçün Şahin G. Çiçək Mayalını boğazından və qarınından bıçaqlayıb.

Qanlar içində metrlərlə süründü

Şübhəli daha sonra Mayalını avtomobillə bacısının evinin yaxınlığına qoyaraq qaçıb. Yaralı halda bacısının evinə sürünməyə başlayan Mayalının bacısı küçədə qanlar içindəki bacısını görüb və tez Təcili Tibbi Yardım çağırıb. Lakin aldığı bıçaq zərbələri güclü olduğu üçün ağır yaralanan 4 uşaq anası Mayalı bütün müdaxilələrə baxmayaraq hadisə yerində həyatını itirib.

Polis qaçan şübhəlini axtarır

Hadisə Yeri Araşdırma qrupları Çiçək Mayalının cəsədi üzərində və küçədə araşdırma aparıb. Polis şübhəlinin yaxınlarının ifadələrinə də müraciət edib. Polis qrupları qaçan qatili tapmaq üçün ciddi araşdırmalar aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm