
Azərbaycan Tibb Universitetinin yeni tədris korpusu tikilir.
Universitetdən Publika.Az-a verilən məlumata görə, yeni korpusun tikilməsində məqsəd
cərrahların ali təhsil alması və təcrübə keçməsi üçün daha əlverişli şərait yaratmaqdır.
Universitetin yaxınlığında tikilən korpus 8 mərtəbəlidir və burada tələbələrin təcrübə keçməsi üçün bütün avadanlıqlar, yeni texnologiyalar və morq nəzərdə tutulub.
Ramin
Publika.Az