"Sovetski”də kompensasiyaya nəzarət edən məmur infarkt oldu
Bizi izləyin

Qırmızı.az

"Sovetski”də kompensasiyaya nəzarət edən məmur infarkt oldu

Bakının Yasamal rayonu ərazisində “Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən icra hakiminin müavini Səməd İslamovun vəziyyəti ötən gün pisləşib. Yasamal rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, qəfil halı pisləşən S.İslamov dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hazırda xəstəxananın kordiologiya şöbəsində müalicə alan Səməd İslamovun vəziyyəti stabildir. Şöbədən verilən məlumata görə, hazırda xəstə həkim nəzarəti altındadır. Həkimlər ona həyəcanlanmağı məsləhət bilmirlər.İcra Hakimiyyətindən Səməd İslamovun vəzifəsini kimin icra etdiyi barədə məlumat olmadığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm