“Yahşi Cazibe“ xəyanəti
Bizi izləyin

Qırmızı.az

“Yahşi Cazibe“ xəyanəti

Türkiyənin atv kanalında yayımlanan "Yahşi Cazibe" serialının finalı qalmaqal yaradıb.

Publika.Az-ın məlumatına görə, serialın əvvəlindən saf azərbaycanlı qızı rolunun ifaçısı Aslıhan Gürbüz sonuncu seriyada oynadığı rolun tam əksini ifa edib. Belə ki, aktrisa serialın rejissoru Ali Gündoğdu arasında yaranan mübahisədən sonra axırıncı çəkilişə gəlməyib. Cazibənin rejissorla müqavilə müddətini uzatmaq istəməməsi, Gündoğdunu qəzəbləndirib. Bundan sonra rejissor ssenaridə dəyişiklik edərək, Cazibəni kişilərlə pula görə evlənib, onları aldadan qadın kimi təqdim edib. Cazibənin əri Kamal isə gözlənilənlərin əksinə olaraq, keçmiş sevgilisi Simgə ilə evlənib.

İki ildir serialda təmiz qəlbli bir azərbaycanlı qadın kimi təqdim olunan Cazibənin fırıldaqçı kimi tanıdılması sosial şəbəkələrdə qalmaqala çevrilib. Azərbaycanlılar, "Azərbaycanlı qadınları namusları üçün yaşayırlar, bəs biz sizin qardaşınız idik? Maddiyatın başladığı yerdə qardaşlıq bitir" kimi sözlərlə narazılıqlarını dilə gətiriblər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm