Qırmızı.az
Azərbaycanda üç ölkənin birgə müsabiqəsi keçiriləcək
Yaxın günlərdə Azərbaycanda “Çətir” müsabiqəsi başlayacaq. Publika.Az-ın məlumatına görə, ötən gün keçirilən mətbuat konfransında müsabiqənin təşkilatçısı Günel Tomris üç ölkənin -Azərbaycan, Türkiyə və Kanadanın birgə ərsəyə gətirəcəyi tədbirin 5 günü əhatə edəcəyini bildirib.
Bədii qiraət, rep, xalq mahnıları, instrumental musiqi və rəqsi
özündə birləşdirən müsabiqənin əsas məqsədi gənc istedadları üzə
çıxarmaq və onları tanıtmaqdan ibarətdir.
Müsabiqənin kastinqləri bitən kimi, yekun konsertin hazırlıqlarına
başlanılacaq.
Müsabiqəni dəstəkləmək üçün tanınmış reper Anar Nağılbaz da
tədbirdə iştirak edirdi. Rep üzrə münsiflər heyətinin sədri o
olacaq.
“Qalan 4 sahə üzrə münsiflərlə isə hələlik danışıqlar gedir.
Münsiflərin tərkibində xarici ulduzların olacağı da gözlənilir.
Müsabiqə, böyük ehtimalla ATV kanalında nümayiş olunacaq”, -
təşkilatçı deyib.
G.Tomris onu da qeyd edib ki, istedadı olan iştirakçılar tanınmış
münsiflər heyəti qarşısında öz bacarıqlarını göstərəcəklər.
Qaliblər SMS vasitəsilə deyil, münsiflərin qərarı ilə
seçiləcək.
İlk konsert sentyabr ayının sonlarında baş tutacaq.
“Çətir” müsabiqəsini dəstəkləmək məqsədilə sənətçilər Anar
Nağılbaz, Elnur Rasimoğlu, Habil Qurbanov, Mehin də mətbuat
konfransında iştirak edirdilər.
Fuad Mədətov
Publika.Az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!