Bakıda DƏHŞƏT: Qayınana gəlinini və 6 aylıq nəvəsini qətlə yetirdi
Bizi izləyin

Qırmızı.az

Bakıda DƏHŞƏT: Qayınana gəlinini və 6 aylıq nəvəsini qətlə yetirdi

Bakıda qayınana gəlinini və 6 aylıq nəvəsini amansızlıqla qətlə yetirib.

Suraxanı rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Zığ qəsəbəsi, Zığ bağları massivində nömrəsiz evdə kirayədə qalan Şərqiyyə Hüseynova gəlini, 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə edib.

Mübahisə zamanı qadın yerdən götürdüyü daş parçası ilə gəlininin başına bir neçə zərbə vurub. Sonra onu boğaraq qətlə yetirib.

Bundan sonra hadisəni törədən 40 yaşlı Şərqiyyə Hüseynova evə gedərək nəvəsi 6 aylıq Emilyanı boğaraq amansızlıqla qətlə yetirib.

Qadın saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müvafiq ekspertizalar təyin edilib, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm