Bu da baş verdi: Dostları ilə anasıgilə oğurluğa getdi!
Bizi izləyin

Qırmızı.az

Bu da baş verdi: Dostları ilə anasıgilə oğurluğa getdi!

Ağcabədi rayonunda oğurluqla məşğul olan üç dost həbs edilib. Bu barədə Publika.Az-a Ağcabədi Rayon Polis Şöbəsindən məlumat verilib.

Rayonun Hüsülü kənd sakini Kəklik Əhmədova həyətlərindən müxtəlif vaxtlarda 56 baş iri və xırda buynuzlu heyvan oğurlanması barədə polisə şikayət ərizəsi yazıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Hüseynov, Səfər Hüseynov və Fariz Əhmədov həbs ediliblər. Bəlli olub ki, onlar 2011-ci ilin avqustundan bu ilin iyun ayına kimi Kəklik Əhmədovanın həyətindən 56 baş mal-qara oğurlayıblar.

Saxlanılanlardan Fariz Əhmədov şikayətçi olan qadının oğludur.

İlkin istintaqa ifadə verən Rafiq Hüseynov deyib ki, oğurluq Fariz Əhmədovun təşkilatçılığı ilə həyata keçirilib. Üç dost Fariz Əhmədovla birgə 10 dəfə oğurluğa gedib.

Fariz Əhmədov dostlarının dedikləri ilə razılaşmayıb, istintaqa ifadəsində dostlarının onu şərləyidiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri görülür.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm