Taksi qaçırdı, qəza törətdi - TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Taksi qaçırdı, qəza törətdi - TƏFƏRRÜAT

Ağcabədi rayonunda quldurluq hadisəsi baş verib. Ağcabədi Rayon Polis Şöbəsindən Publika.Az-a verilən məlumata görə, taksi sürücüsü İntiqam Məmmədov avtomobilinin qaçırılması ilə bağlı polisə müraciət edib.

Şikayətçi bildirib ki, taksi kimi istifadə etdiyi "VAZ-2106" markalı avtomobilə bir naməlum şəxs sərnişin qismində minib. Lakin sonrada bıçaqla hədə-qorxu gələrək, avtomobilini əlindən alıb.

Dərhal əməliyyat qrupu yaradılıb, axtarış başlanıb. Avtomobili qaçıran Ağcabədi rayon sakini Rafiq Qasımov saxlanılıb.

Müəyyən edilib ki, Rafiq Qasımov avtomaşını qaçırarkən qəza törədib. Daha sonra onu hadisə yerində qoyaraq uzaqlaşıb.

Rafiq Qasımov cinayəti etiraf edib, deyib ki, hadisəni törədən zaman sərxoş olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə cinayət işi başlayıb.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm