Belçikada Sabirin heykəlinin qoyulması gələn ilə qalıb
Bizi izləyin

Qırmızı.az

Belçikada Sabirin heykəlinin qoyulması gələn ilə qalıb

Bu ilin sonu, gələn ilin əvvəlində Belçikada Mirzə Ələkbər Sabirin heykəlinin qoyulması planlaşdırılıb. Heykəlin şairin anadan olmasının 150 illiyi ərəfəsində ucaldılması planlaşdırılsa da, bu, texniki səbəblərdən mümkün olmayıb.

Bu barədə Bakıda keçirilən Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında diplomatik münasibətlərin 20 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası-Belçika Krallığı: 1992-2012" kitabının əqdimat mərasimində Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupunun sədri Elxan Süleymanov bildirib.

Elxan Süleymanov əlavə edib ki, Mirzə Fətəli Axundovun "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" komediyasının fransız dilinə tərcüməsi başa çatdırılıb. Sentyabr ayında komediyanın Belçika teatrlarının birində tamaşaya qoyulması planlaşdırılıb.

Millət vəkili hər iki işin həyata keçirilməsinin Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupunun iş planına uyğun olduğunu vurğulayıb.

Səxavət Həmid

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm