Qırmızı.az
Rüşvətə görə məhkum olunmuş sahə müvəkkilinin cəzası yüngülləşdirildi
Bu gün Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Publika.Az xəbər verir ki, ittihama görə, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin sahə müvəkkiliToğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirləri nəticəsində Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən tutulub. O, Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul Hüseynov 6 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən narazı qalan Toğrul Hüseynov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib.
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti qimən təmin edilib. Məhkəmə Toğrul Hüseynovun cəzasından 1 il çıxıb.
Hacı Zeynalov
Publika.Az
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"