Facebook-u sevməyən ölkələr - Siyahı
Bizi izləyin

Qırmızı.az

Facebook-u sevməyən ölkələr - Siyahı

Publika.Az-ın məlumatına görə, Alexa və Google Trends kimi saytların trafiklərinə görə xəritə yaradılıb.

845 milyon aktiv istifadəçisi ilə Facebook gözlənildiyi kimi dünya xəritəsinin "işğal" edib. 137 ölkənin 126-da Facebook birinci yerdədir. Bu ölkələr arasında ABŞ, Avstraliya, Yaponiya, İngiltərə, Kanada, Braziliya və Hindistan kimi nəhənglər yer alır.

Azərbaycan və Türkiyədə də üstünlük Facebook-un tərəfindədir.

Facebook-un ABŞ istifadəçilərinin sayı 222, Avropadakı istifadəçilərin sayı isə 232 milyon nəfərdir.

Facebook-un məğlub olduğu ölkələr də var. Məsələn, Rusiyada üstünlük Odnoklassniki saytının əlindədir. Çində isə QZone sosial şəbəkələrə qalib gəlir.

Vietnamda Zing, Latviyada Draufiem üstündür.

Facebookdan sonra Twitter və Linkedln ikinci və üçüncü yerləri bölüşdürüblər.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm