Qırmızı.az
Facebook “Picplz“-i öldürdü
Facebook-un internetə təsiri praktik olaraq geniş imkanlara
malik olmayan müstəqil proqramların ölümünə səbəb olur. Bu
yaxınlarda Facebook nə az, nə çox - düz 1 milyard dollara
"İnstagram" proqramını aldı və bütün istifadəçilər ora axışdı.
Nəticədə, "İnstagram"ın rəqibi "Picplz" Titanik kimi dənizin dibinə
yuvarlandı. Nəticədə 3 iyulda proyekt fəaliyyətini dayandıracaq. Bu
barədə saytın rəsmi foto-mikrobloqunda məlumat verilib.
"Picplz" konkret olaraq bağlanmasının səbəbini açıqlamayıb, amma
aydındır ki, səbəb "İnstagram" və Facebook-dur. Servis yavaş-yavaş
reytinqlərini itirməyə başladı və sahibləri, nəhayət, bu ağrılı
prosesdən canlarını qurtarmaq qərarına gəldilər.
İndi foto-layihənin olduğu serverlər kirayəyə veriləcək. Bütün
toplanmış material və istifadəçi məlumatları isə “zibil qabının”
dərinliklərinə göndəriləcək.
Picplz-in istifadəçilərinə yalnız materiallarını başqa servisə
yükləmələri məsləhət görülür. Maraqlıdır, görəsən, onlardan nə
qədəri "düşmən" "İnstagram"a yüklənəcək?
Sahilə
Publika.Az
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI