Məşhur türkiyəli müğənni qəzaya uğradı, ölən və yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Məşhur türkiyəli müğənni qəzaya uğradı, ölən və yaralananlar var

Publika.Az-ın məlumatına görə, Bengü və sürücüsü qəzadan yaralı qurtulublar, mühafizəçi isə həlak olub.


Dünən Ankarada konsert verdiyi və səhər ertədən İstanbula doğru yolda çıxdığı öyrənilən Bengünün şəxsi mikroavtobusu TEM avtoyolu Çamlıca bölgəsinə 500 metr qalmış qəzaya uğrayıb. Məşhur sənətçi Bengü Erden və sürücüsü Salih Yağlıcı yaralı olaraq Kartal xəstəxanasına çatdırılıb. Ancaq Bengünün mühafizəçisi o qədər şanslı olmayıb. Yaxın mühafizəçilik edən Ümid Özür hadisə yerində can verib.

Şahidlər mikroavtobusun çox böyük sürətlə getdiyini və buna görə də idarəni itirdiyini deyiblər. Əvvəlcə sürətlə baryerlərə dəyən avtobus yolun ortasında tərs dönərək dayana bilib.

Bengü və sürücüsü Kartal xəstəxanasında müalicə altına alınıblar. Qəza yerində ambulansa mindirilərkən üzünü gizlədən Bengü xəstəxanaya gətirilərkən görüntülənib. Üzündə sıyrıqlar olan Bengünün vücudunun müxtəlif yerlərində də qırıqlar olduğu öyrənilib.

Bengü Kartal universitetindən özəl bir xəstəxanaya aparılıb. Müğənni xərəklə çıxarılarkən “Hər şey yaxşıdır” deyib.

Sahilə
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm