Azərbaycanlı deputat Avropa İttifaqını Ermənistana sanksiya tətbiq etməyə çağırıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı deputat Avropa İttifaqını Ermənistana sanksiya tətbiq etməyə çağırıb

Millət vəkili, Avronest Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov Avropanın tanınmış müstəqil siyasət jurnalı "Europes World"ə müsahibə verib.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından Publika.Az-a verilən məlumata görə, 6 ildir nəşr olunan bu jurnal Avropanın 150-dən çox akademik institutları və düşüncə mərkəzləri ilə birgə hazırlanır və siyasi, iqtisadi və sosial mövzularda gündəm yaradan yazıları ilə tanınır. Yüz minlik oxucu kütləsinə malik əhatəli və qərəzsiz yanaşması ilə seçilən bu mətbu orqan mindən artıq mütəfəkkir və siyasət adamının çıxış etdiyi düşüncə forumu xarakteri daşıyır.

Millət vəkili müsahibədə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyətindən, ötən ay Bakıda keçirilən Avronest PA sessiyasının işindən, alternativ enerji mənbəyi kimi ölkəmizin rolundan, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına Avropa ölkələrinin biganə münasibətindən danışıb.

Elxan Süleymanov Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən kənarda ilk iclasının Bakıda keçirilməsini təsadüfi hesab etmədiyini bildirib, məkanın seçilməsinə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təsir göstərdiyini qeyd edib. Millət vəkili həmçinin, Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və hazırda BMT Təhlükəszilik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərdiyini söyləyib. O, Azərbaycanın Avropa dəyərlərini bölüşən, entik zənginliyə sahib, dini tolerantlığın hökm sürdüyü siyasi cəhətdən sabit ölkə olduğunu vurğulayıb.

Ermənistanın Azərbaycana təcavüzü sayəsində torpaqlarımızın beşdə bir hissəsinin işğal altına düşməsini, bir milyondan çox soydaşımızın öz yurd-yuvalarından qovulduğunu xatırladan Elxan Süleymanov, Avropa liderlərinin bu faktı sükutla qarşılamasını tənqid edib. Millət vəkili Avropa İttifaqının bu günə kimi Ermənistana qarşı sanksiya və təzyiqlərdən istifadə etməməsini Azərbaycanın Avropanın səmimiliyinə inamını azaltdığını qeyd edib.

Elxan Süleymanov erməni lobbilərinin yalan informasiya və məsələyə dini faktorları cəlb etməsinin Avropa siyasi dairələrində Azərbaycanla bağlı yaranan rəyə təsir göstərdiyini, lakin reallığın tamamilə fərqli olduğunu bildirib. O, Azərbaycandakı etnik və dini tolerantlığın ölkəmizin dünyəvi dəyərlərə hörmətinin nümunəsi olduğunu vurğulayıb.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm