“Vahid namizəd hazırda İctimai Palata səviyyəsində aktual deyil“
Bizi izləyin

Qırmızı.az

“Vahid namizəd hazırda İctimai Palata səviyyəsində aktual deyil“

İyunun 9-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın sessiyası keçiriləcək. Bu barədə Publika.Az-a məlumat verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, artıq sessiyanın gündəliyi hazırdır:

"İctimai Palatanın hər sessiyasında ötən sessiyadan sonrakı dövrdə göstərilən fəaliyyət müzakirə olunur və qiymətləndirilir. Eyni zamanda növbəti dövr üçün fəaliyyət istiqamətləri, görüləcək işlər müzakirə olunur. Bu dəfə də eyni qaydada müzakirələr aparılacaq".

AXCP sədrinin müavini sessiyada İctimai Palatanın 2013-cü ildə keçiriləcək prezident seçkisində vahid namizəd haqda müzakirələrin aparılmayacağını bildirib:

"Belə bir müzakirələrin aparılacağını güman etmirəm. Çünki məsələ hazırda İctimai Palata səviyyəsində aktual deyil".

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn "Azadlıq" qəzetinə müsahibəsində təmsil olunduğu düşərgənin vahid namizədini müəyyənləşdirməyin vaxtı çatdığını vurğulayıb.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm