Bakı səmasında toz dumanının səbəbi raket sınağıdır? - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Bakı səmasında toz dumanının səbəbi raket sınağıdır? - AÇIQLAMA

Dünən gecə saatlarında Bakı səmasında UNO görünməsi ilə bağlı xəbər yayıldı. Bir neçə saatdan sonra rəsmi məlumatdan aydın oldu ki, səmada işıqlanan görüntü Həştərxandan havaya buraxılan raketin sınağı imiş. Məlumata görə raket sınağı uğurla həyata keçirilib.


Bu gün səhər saatlarından isə Bakıda toz dumanı və güclü şimal küləyi sakinlər arasında təşvişə səbəb olub. Bugünkü hava şəraitini raketin sınağa çıxması ilə əlaqələndirənlər var.

Publika.Az narahatlığa son qoymaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovadan münasibət öyrənib.

G.Məmmədovanın sözlərinə görə, nazirlik iki gün əvvəl Bakıda güclü şimal küləyi olacağı barədə artıq məlumat verib.

"Küləyin raket uçuşu ilə heç bir əlaqəsi yoxdur. Toz dumanına gəlincə, bununla bağlı heç bir şey deyə bilmərəm. Bu barədə heç bir məlumatım yoxdur".

Günay Muradlı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm