Millət vəkili: “Qanun Ayaz Mütəllibovu cinayət məsuliyyətindən azad etmir“
Bizi izləyin

Qırmızı.az

Millət vəkili: “Qanun Ayaz Mütəllibovu cinayət məsuliyyətindən azad etmir“

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 12-də keçiriləcək iclasının gündəliyinə 10 məsələ daxil edilib. Publika.Az-a bu barədə milət vəkili Qüdrət Həsənquliyev məlumat verib.

O, bildirib ki, iclasda "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılacaq. İclasda həmçinin "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında", "Kommersiya sirri haqqında", "İnformasiya əldə etmək haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "İstehsalat və məişət tullantıları haqqında" qanunlara, İnzibati Xətalar Məcəlləsi və Vergi Məcəllələrinə dəyişikliklər nəzərdə tutulub.

Eks-prezidentlər haqqında qanuna toxunan millət vəkili qeyd edib ki, Ayaz Mütəllibova qarşı cinayət işi prezidentlikdən istefa verəndən sonra qaldırıldığından qanun ona şamil olunmamalıdır:

"Söhbət yeni qanundan gedirsə, o, eks-prezident Ayaz Mütəllibova aid edilə bilməz. Siyasi bir qərar kimi ona şamil edəcəklərsə, prokurorluq da qanuna deyil, siyasi qərara tabe olacaqsa, bu başqa məsələ. İndiki qanun layihəsi ilə Ayaz Mütəllibov cinayət məsuliyyətindən azad olunmur. Ayaz Mütəllibov üçün qanun əsas götürülməyəcək, yalnız siyasi qərar həlledici ola bilər"

Konstitusiya qanununda göstərilir ki, şəxs prezident olana qədər və prezidentliyi dövründə törətdiyi cinayətlərə görə cinayət məsuliyyətindən azad olunur:

"Əgər biz qanunun Ayaz Mütəllibova tətbiq edilməsini istəyiriksə, onda qanunda yazılmalıydı ki, prezident səlahiyyəti başa çatdıqdan sonra etdiyi cinayətlərə görə də məsuliyyətdən azad olunur. Amma Ayaz Mütəllibova qarşı cinayət işi prezidentlikdən istefa verəndən sonra qaldırılıb. O, prezident seçkisi kampaniyası ərəfəsində parlament xətti ilə çevriliş edərək hakimiyyətə gəlmək istəyib".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm