“Bir-iki günə döyüşlər dayanmasa, tanklar və artilleriya işə düşəcək“ - HƏYƏCAN
Bizi izləyin

Qırmızı.az

“Bir-iki günə döyüşlər dayanmasa, tanklar və artilleriya işə düşəcək“ - HƏYƏCAN

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan-Ermənistan sərhədində baş verən son insidentlərlə bağlı bəyanatında iddialı danışıb:

"Mən demişdim ki, onlar kəskin cavab alacaq. Baş verənlər buna sübutdur. Ya bu təxribatlar Azərbaycan rəhbərliyinin razılığı ilə baş verib və Azərbaycan rəhbərliyi atəşkəs rejiminin pozulmasına görə şəxsən məsuliyyət daşıyır, ya da bu ölkənin silahlı qüvvələri komandanlığın nəzarətindən kənardır, bizim qarşımızdakı mütəşəkkil ordu deyil, ayrı-ayrı səhra komandirləridir. Bizim silahlı güc tətbiq etməyə heç bir əsasımız yoxdur.

Hesab edirik Dağlıq Qarabağ probleminin həllinin yeganə yolu danışıqlardır və münaqişənin belə həlli Qarabağ xalqına öz müqəddəratını təyin etmək hüququ verməlidir".

Sarkisyan bəyan edib ki, problemin həllində irəliləyiş əldə etmək üçün əhalini sülhə hazırlamaq lazımdır:

"Azərbaycan tərəfi vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq üçün bunun əksinə hərəkət edir. Biz vəziyyətin kəskinləşməsini istəmirik, amma vətəndaşlarımıza qarşı yönəlmiş istənilən hərəkət cavabsız qalmayacaq. Ermənistan Silahlı Qüvvələrinə təmkin və ayıq-sayıqlıq nümayiş etdirmək tapşırılsa da, ona düşmənin istənilən təxribatını dəf etmək əmr olunub".

Hərbi ekspert Azad İsazadə Publika.Az-a açıqlamasında bildirib ki, praktiki olaraq Azərbaycan ordusunda səhra komandiri qalmayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın Müdafiə Nazirliyinin tərkibində olan bütün hərbi birləşmələr nizami ordunun hissələridir.

Azad İsazadə hesab edir ki, 1992-ci ildə hansısa səhra komandirlərindən danışmaq olardı:

"Bu gün Azərbaycan ordusunda birmənalı şəkildə Ali Baş Komandanın, müdafiə nazirinin və digər rəhbər şəxslərin tabeçiliyində olan sistem qurulub. Birləşmə, briqada, batalyon komandirləri var. Hansısa yerlərdə səhra komandirlərinin bu formada atəşkəsi pozduqlarını demək tam məntiqsizdir.

Azərbaycan Müdafiə nazirinin xəbəri olmadan belə şey olsaydı, həmin şəxsləri çoxdan ordudan uzaqlaşdırmışdılar. Bəlkə də onlara qarşı cinayət işi açılmışdı. İlk növbədə atəşi dayandırmaq lazımdır. Artıq bu, atəşkəs pozulması deyil, real döyüşlər gedir. Bir-iki günə döyüşlər dayanmasa, tanklar və artilleriya qurğuları işə düşəcək. Faktiki olaraq proses hərbi əməliyyatlara keçə bilər".

Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanla Ermənistanın təmas xəttində baş verən insidentlərin başlanğıc nöqtəsi kimi parlament seçkiləri ərəfəsində Tavuş rayonunda erməni həbçilərinin ölümünü qəsdən göstərmir:

"Əslində, hərbçilərin ölümünü Sarkisyan qəsdən təşkil edibmiş. Çünki parlament seçkiləri qabağı camaatı qorxutmaq üçün bu kimi üsullara əl atılması lazım idi. Ona görə də Tavuş rayonunda 3 erməni hərbiçisini öldürtdü. Həmin hərbçilərin də ölümünü nəzərə alsaq, son 1 ay yarımda vəziyyət gərginləşib. Hər iki tərəfdən itki var.

Bu say Azərbaycanın xeyrinədir. O üç nəfəri çıxsaq belə alınır ki, ermənilər bizdən daha çox öldürüblər. Ona görə də Sarkisyan çox vacib siyasi məqamı etiraf edir və həmin hərbçilərin ölümün öz boynuna götürür".

Azərbaycan ordusuna Ermənistan prezidentinin verdiyi qiymətə gəlincə, Mübariz Əhmədoğlu deyib:

"Azərbaycan ordusu Cənubi Qafqazda ən güclüdür. Ordumuz Ali Baş Komandana tabedir. Sadəcə olaraq, Azərbaycan ordusu şəraitə uyğun hərəkət edə bilir. Əgər Ermənistanın təxribat törədirsə, Ali Baş Komandandan əmr gözləmədən ordunun ona cavab vermək ixtiyarı var. Başıpozuqluq Sarkisyanın özündədir".

Nərgiz Ehlamqızı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm