Göyçayda ağır yol qəzası: Çoxlu sayda yaralı var
Bizi izləyin

Qırmızı.az

Göyçayda ağır yol qəzası: Çoxlu sayda yaralı var

Göyçay rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Göyçay rayonu ərazisində 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Göyçay-Alpoud yolunun 20-ci kilometrliyində, Mırtı kəndi ərazisində baş verib.

Qaraxıdır kənd sakini 1988-ci il təvəllüdlü Abdullayev Vüqar Adil oğlunun idarə etdiyi 23-BP-081 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn 1970-ci il təvəllüdlü Həsrətov Orxan Vaqif oğluna məxsus 36-71-AGF nömrə nişanlı “QAZ 53” markalı yük maşını ilə toqquşub.

Hadisədə “VAZ 21011” markalı minik maşınında olan altı nəfər bir ailənin üzvü olub:

sürücü - 1988-ci il təvəllüdlü Abdullayev Vüqar Adil oğlu;

sərnişinlər - 1951-ci il təvəllüdlü Abdullayeva Almarə Soltanəli qızı, 1981-ci il təvəllüdlü Abdullayeva Samirə Seyfəddin qızı, 2011-ci il təvəllüdlü Abdullayev Şəmistan Vüsal oğlu, 1990-cı il təvəllüdlü Abdullayeva Gülanə Adil qızı, 2007-ci il təvəllüdlü Abdullayeva Səlminaz Vüsal qızı.

Minik maşınında olanlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onlardan üçünə ambulator yardım göstərilərək evə yollanıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm