Şirvanda sabiq polis işçisi narkotik üstündə yaxalandı
Bizi izləyin

Qırmızı.az

Şirvanda sabiq polis işçisi narkotik üstündə yaxalandı

Şirvan şəhər polis şöbəsinin əməkdaşları keçmiş həmkarlarını narkotik üstündə saxlayıblar.

Şirvan şəhər polis şöbəsinin əməkdaşları keçmiş həmkarlarını narkotik üstündə saxlayıblar.

Şirvan ŞPŞ-dən verilən məlumata görə, polis əməkdaşlarının kecirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 43 yaşlı Rövşən Hacıağa oğlu Hacıbabayev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,957 qram çəkidə narkotik maddə olan heroin aşkar edərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni həmyerlisi, 50 yaşlı Lətif İzzət oğlu İmanovdan aldığını bildirib.

Şöbəyə gətirilən Lətif İmanovun yaşadığı mənzilinə baxış keçirilən zaman 14,299 qram çəkidə narkotik vasitə olan heroin, 2,554 qram tiryək aşkar edilib.

Lətif İmanov saxlanılan zaman özünün üzərindən də 0,233 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, Lətif İmanov əvvəllər DYP-də polis inispektoru olub və narkotik qəbul etdiyi üçün Daxili İşlər Orqanlarından qovulub.

Hər iki şəxs barəsində həbs qəti imkan tədbiri seçilib və istintaq davam etdirilir. /gun.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm