Qırmızı.az
SOS: Apteklərdə zəhərli uşaq dərmanı satılır - FOTO
Sentyabr ayında zərurətdən uşaq xəstxanalarının birinə müraciət etdik. Orada olarkən bir ananın ikiaylıq körpəsini təlaşla həkimə çatdırdığının şahidi oldum. Körpə dərmandan zəhərlənmişdi. Həkimlərin səyi nəticəsində onu xilas etmək mümkün oldu. Məlum oldu ki, aptekdəki “ağıllı” əczaçı həkimin təyin etdiyi dərmanların əvəzində səhvən başqasını verib. Sir-sifətindən uşağa oxşayan ana da diqqət etmədən həmin dərmanları körpəyə verib və uşaq zəhərlənib.
Ötən gün isə az qala biz bu hala düşəcəkdik. Həkimin məsləhəti və resepti ilə Zabrat qəsəbəsində Babək küçəsindəki aptekdən balıq yağı tərkibli “Krilom” adlı dərman aldıq. Səhərisi gün dərmanı ölçü qaşığına tökəndə tam həll olmadığını gördüm. Bundan əvvəl isə dərmanın qablaşdırmasından, üzərindəki yazılardan şübhələnmişdim. Çünki əvvəl aldığım eyniadlı dərmanın qabı və içərisindəki dərman tam fərqli idi. Elə qiymətləri də.
Adətən, uşaqlar üçün hazırlanan balıq yağlarının dadını dəyişdirirlər. Sözügedən dərmanda isə bu yaddan çıxmışdı. Üstəlik, tərkibi və qablaşdırılması da şübhəli idi. Buna görə də preparatın ağzını bağlayıb zibil qabına atmaq qərarından son anda daşındım.
Bu hallar ilk olmadığı kimi, yəqin, son da olmayacaq. Digər uşaqların da zərər görməsinin qarşısını almaq məqsədilə həmin aptekə üz tutduq. Məqsədimız dərmanı geri qaytarıb satışdan yığışdırılmasına nail olmaq idi. Ancaq satıcı (ona əczaçı deməyə dilim gəlmir) bizi borclu çıxarmağa cəhd elədi. Aptek sahibi ilə danışmağımıza da şərait yaratmadı.
Bu hadisə dərmanların keyfiyyəti və satışına nəzarətin hansı səviyyədə olması, eləcə də əczaçılıq sektorunda kadr və peşəkarlıq məsələləri barədə xeyli suallar yaradır. Söhbət insan taleyindən getdiyinə görə mütəxəssislərin və rəsmi orqanların buna reaksiyası çox vacibdir.
Məsələni diqqətdə saxlamağa və həmin dərmanın analiz edilməsinə çalışacağıq.
Axar.az
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO