VIII Möcüzə - Liderlik Məktəbində təlimlər davam edir
Bizi izləyin

Qırmızı.az

VIII Möcüzə - Liderlik Məktəbində təlimlər davam edir

Təlimlər bitdikdən sonra, iştirakçılar keçilmiş təlimlər əsasında imtahan verəcəklər və imtahanı uğurla vermiş tələbələrə xüsusi diplomlar veriləcək

Tovuz rayonunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən VIII Möcüzə –“Liderlik Məktəbi”i çərçivəsində təlimlər davam edir.

Publika.Az-ın verdiyi xəbərə görə, ATGTİ tərəfindən reallaşdırılan və fevralın 10-da açılış mərasimi olan VIII Möcüzə-Liderlik Məktəbində sosial media, liderlik, layihələrin yazılması və idarə olunması, etika təlimləri keçirilir.

Layihə çərçivəsində iştirakçılara xüsusi ilə bu təlimlərin keçirilməsində məqsəd, ictimai fəal gənc olmaq və tələbə - gənclərin öz ideya və təşəbbüslərini reallaşdırmaq üçün onlara yardım etməkdir.

Təlimlər bitdikdən sonra, iştirakçılar keçilmiş təlimlər əsasında imtahan verəcəklər və imtahanı uğurla vermiş tələbələrə xüsusi diplomlar veriləcək.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm